"Fələstinin torpaqları, tarixi və müqəddəs yerləri satılıq deyil" - Əbu Rudeyna

18:40 - 6 Fevral 2025

Fələstin investisiya layihəsi deyil, onun torpaqları satılıq deyil.

 

Manset.az xəbər verir ki, bu barədə WAFA agentliyi Fələstin Prezidentinin rəsmi nümayəndəsi Nabil Əbu Rudeynanın açıqlamasına istinadən məlumat yayıb.

"Fələstin öz torpaqları, tarixi və müqəddəs yerləri ilə satılmır və investisiya layihəsi deyil", - o bildirib və qeyd edib ki, Fələstin xalqının hüquqları danışıqlar predmeti deyil.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Qəzza zolağını "nəzarətə götürəcəyini", regionda bərpa işlərinə cavabdeh olacağını və onu “Yaxın Şərq Rivyerası”na çevirəcəyini bildirib.


Xəbər xətti

7 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin