Kiyevin çoxdan gözlənilən təyyarələri Ukraynaya ÇATDIRILDI

17:35 - 6 Fevral 2025

Kiyevin çoxdan gözlənilən təyyarələri Ukraynaya ÇATDIRILDI

Fransa Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornu sosial şəbəkədə bildirib ki, “Beşinci Respublika”nın ötən il Kiyevə çatdıracağına söz verdiyi ilk Fransız “Mirage 2000” qırıcıları artıq Ukraynaya çatdırılıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

6 iyun 2024-cü ildə Fransa prezidenti Emmanuel Makron Ukraynaya Fransız Mirage 2000 təyyarəsinin təhvil verildiyini elan edib, ilk təyyarə bu gün Ukraynaya çatdırılıb, Lekornu yazıb.

Bununla belə, nazir Ukrayna Hərbi Hava Qüvvələrinin dəqiq neçə “Mirage 2000” aldığını açıqlamayıb. Bundan əvvəl “La Tribune” qəzeti yazır ki, Paris Kiyevi altıdan çox olmayan qırıcı ilə təmin edə bilər.


Xəbər xətti

7 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin