Bu şəxslərə xəbərdarlıq - Sabah diqqətli olun
7 Fevral 2025
14:51 - 6 Fevral 2025
Fevralın 6-sı saat 14:30-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Naxçıvan, Şərur, Şahdağ, Gədəbəy, Şəki (Kişçay), Naftalan, Altıağac, Qobustan, Quba, Qusar, Xaltan, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Çocuq-Mərcanlı, Şamaxıda qar, Ağdam, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Lənkəran, Astara, Neftçala, Biləsuvar, Qazax, Tovuz, Ağstafa, Xaçmaz, Yevlax, Ağsu, Oğuz, İsmayıllı, Balakəndə yağış yağır.
Şimal-qərb küləyi əsir. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şamaxı, Gəncədə 18 m/s, Şahbuzda 17 m/s, Culfada 16 m/s-yə çatıb.
Sumqayıt, Qusar, Qrız, Daşkəsən, Göygöl, Şamaxı, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Balakən, Qəbələdə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin