Bu şəxslərə xəbərdarlıq - Sabah diqqətli olun
6 Fevral 2025
13:43 - 6 Fevral 2025
İndoneziyada kişi arvadı ona video oyunları oynamağı dayandırıb işə getməyi əmr etdiyi üçün arvadını yandırıb.
Manset.az xəbər verir ki, bu barədə World of Buzz yazır.
Yerli polis 31 yaşlı kişinin həyat yoldaşına hücum etdiyini təsdiqləyib. Münaqişə qadının ərindən onlayn mobil oyunları dayandırmasını və taksi sürücüsü kimi işə qayıtmasını istəməsindən sonra başlayıb.
Polis əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs qəzəbinə hakim ola bilməyib, kerosin götürüb və arvadının üzərinə tökərək yandırıb. Nəticədə bədəninin 40%-i yanıq xəsarətləri alan qadın hazırda ifadə verə bilmir, lakin həkimlərin ciddi nəzarəti altında saxlanılır.
Polis indoneziyalını saxlayıb və üç şahidi dindirib. İstintaq zamanı artıq dörd dəlil toplanıb. Zərərçəkənin ailəsi hüquq-mühafizə orqanlarına tam etibar, və günahkarın layiqli cəzasını alacağına ümid etdiklərini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin