Bu şəxslərə xəbərdarlıq - Sabah diqqətli olun
7 Fevral 2025
11:55 - 6 Fevral 2025
Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları keçirilir.
Manset.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkəcək. Digər qarşılaşma “Səbail”lə “Qarabağ” arasında olacaq.
Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Kəpəz” – “Neftçi” matçında qonaqlar 2:0 hesablı qələbəyə seviniblər. “Sabah” – “Sumqayıt” matçı isə qolsuz yekunlaşıb – 0:0.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
6 fevral
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
“Liv Bona Dea Arena”, 16:00.
“Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
“ASCO Arena”, 18:30.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin