Bu kanalların yayımı 3 saatlıq DAYANDIRILDI

18:25 - 5 Fevral 2025

Bu kanalların yayımı 3 saatlıq DAYANDIRILDI

Bu gün Audiovizual Şuranın son günlərdə “MTV” və “Dünya TV” kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş videoformatda iclası keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, fevralın 3-ü saat 21:28-də “MTV”  kanalının efirində yayımlanan “Doktor Seyfəddin Əsəd Klinikası”na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub. Həmçinin həmin reklam materialında “Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir” ifadəsindən istifadə olunub və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilib.

Bundan əlavə, fevralın3-ü saat 19:40-da “Dünya TV” kanalının  efirində yayımlanan “Sabirabad Klinikası”na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbi pozulub. 

Müzakirələrdən sonra Audiovizual Şura “Media haqqında” Qanunun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral saat 08:00-11:00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edib.


Xəbər xətti

6 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin