Azərbaycanda şagird dərs zamanı vəfat etdi - YENİLƏNİB

16:12 - 5 Fevral 2025

Azərbaycanda şagird dərs zamanı vəfat etdi - YENİLƏNİB

Mingəçevirdə dərs zamanı vəfat edən şagir bir ay əvvəl əməliyyat olunub.

 

Manset.az xəbər verir ki, o, ürək əməliyyatı keçirib.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü oğlanın həkiməqədər ölüm faktı qeydə alınıb.

 

***

15:26

"Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlunun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb, lakin təcili yardım gələnədək şagird vəfat edib".

Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib. İlkin ehtimala əsasən, şagird bir müddət əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin