700 min nəfərin maaşı ARTACAQ
5 Fevral 2025
15:15 - 5 Fevral 2025
Amerika paytaxtında naməlum şəxs Ağ Evin ətrafında quraşdırılmış hasara çıxıb.
Manset.az xəbər verir ki, bu barədə Fox5 telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, hadisə fevralın 3-də baş verib. Onlar aydınlaşdırıblar ki, ictimai asayişi pozan şəxs artıq saxlanılıb.
"ABŞ Məxfi Xidməti bir adamı Ağ Evin kənarında xarici hasardan keçdikdən sonra nəzarətə götürüb", - müxbirlər əlavə ediblər.
Digər təfərrüatlar, o cümlədən kişinin kimliyi hələ açıqlanmayıb. Hüquq-mühafizə orqanlarının ona qarşı hər hansı ittiham irəli sürəcəyi də məlum deyil.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin