Paşinyan münasibətlərə sıfırdan başlamağı təklif etdi

12:42 - 5 Fevral 2025

Paşinyan münasibətlərə sıfırdan başlamağı təklif etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri zamanı Atlantik Şurada Azərbaycan hakimiyyətinə ikitərəfli münasibətlərə sıfırdan başlamağı təklif edib.

 

Manset.az News.ru-ya istinadən xəbər verir ki, bununla bağlı RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Yerevan və Bakı sülh müqaviləsi layihəsində artıq bir neçə “həssas mövzu” üzrə razılığa gəliblər.

Erməni siyasətçi bildirib ki, biz münaqişə məsələləri üzrə gələcək müzakirələrə son qoymağı və yeni, həm də təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərin yeni erasını açmağı təklif edirik.

O qeyd edib ki, Ermənistan və Azərbaycan Ermənistan SSR və Azərbaycan SSR sərhədləri əsasında bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşıblar. Dövlətlər həmçinin bir-birlərinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə iddialarla çıxış etməyəcəkləri barədə razılığa gəliblər.

Eyni zamanda, Bakı və İrəvan sülh müqaviləsinin iki bəndində razılığa gələ bilməyib. Bunlardan birincisi Ermənistan və Azərbaycan sərhədində üçüncü tərəf qüvvələrinin yerləşdirilməsi, ikincisi isə ölkələrin bir-birinə qarşı beynəlxalq hüquqi strukturlarda şikayətləridir.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin