"Anam niyə ölsün ki, özün öl!" - Xalq artistinin qızı

17:29 - 4 Fevral 2025

“Anamın səhhəti yaxşıdır, şükür. Onun müalicəsi klinikada davam etdirilir”.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızı deyib.

N.Tofiqqızı sözlərinə belə davam edib: “Anamın səhhətinin ağırlaşdığını deyənlər və ya ölüm xəbərini yayanlar qələt edirlər. Ayıbdır, vallah. Anam niyə ölsün ki, özün öl!”

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudovanın səhhətində problemlər yaranıb. Həkimlər onun beyin insultu keçirdiyini qeyd edib.


Xəbər xətti

4 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin