AAYDA sədrinin müavinlərinin sayı artırılır - FƏRMAN

15:54 - 4 Fevral 2025

AAYDA sədrinin müavinlərinin sayı artırılır - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli Fərmanlarında dəyişiklik edib.

 

Manset.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.


Xəbər xətti

4 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin