DYP-dən sürücülərə MÜRACİƏT
4 Fevral 2025
13:01 - 4 Fevral 2025
Çində fişəng nəticəsində güclü partlayış baş verib. Fişəngin kanalizasiyaya düşməsi nəticəsində orada yığılan metan qazı alışıb. Partlayış bir çox avtomobili havaya tullayaraq sıradan çıxarıb.
Manset.az Haber Globala-a istinadən xəbər verir ki, görüntülərdə partlayışın gücündən lyuk qapaqlarının uçduğu və park edilmiş avtomobillərin bir neçə metr yüksəkliyə qalxdığı görünür. Xoşbəxtlikdən hadisə nəticəsində insan tələfatı olmasa da, ərazidəki çoxsaylı müəssisələrə və avtomobillərə xeyli maddi ziyan dəyib.
Səlahiyyətlilər partlayışın 28 milyon lirə dəyərində ziyana səbəb olduğunu bildirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb və əhaliyə təhlükəli maddələrlə diqqətli olmaq üçün xəbərdarlıq edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin