DYP-dən sürücülərə MÜRACİƏT
4 Fevral 2025
12:20 - 4 Fevral 2025
Fransa Prezidenti Emmanuel Makron dövlət çevrilişi hazırlayır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Makron Riçard Ferranı Konstitusiya Məhkəməsinin sədri təyin edib ki, müvafiq qanunvericilik qadağası aradan qaldırılarsa, 3-cü dəfə prezident seçkilərində iştirak etmək imkanı əldə etsin.
"Onun təyinatı heç də təsadüfi deyil! Makron ölkədə dövlət çevrilişinə hazırlaşır", - - Filippo yazıb.
Bundan əvvəl Le Journal du Dimanche Fransanın İctimai Rəy İnstitutunun (IFOP) sorğusuna istinadən məlumat vermişdi ki, ölkə vətəndaşlarının əksəriyyəti Makronun fəaliyyətini bəyənmir. Araşdırma nəticəsində məlum olub ki, respondentlərin 79%-i onun işinə qarşıdır. Respondentlərin yalnız 21%-i Makronun siyasətini müsbət qiymətləndirir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin