Millimiz Yunanıstana qarşı

10:56 - 4 Fevral 2025

Millimiz Yunanıstana qarşı

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununa bu gün çıxacaq.

 

Manset.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Bakıda Yunanıstanı qəbul edəcək.

Bakı İdman Sarayında təşkil olunacaq matç saat 20:00-da start götürəcək.

AVRO-2026

Əsas mərhələ

V qrup

20:00. Azərbaycan – Yunanıstan
Hakimlər: Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç).
Timekeeper: Ramil Namazov (Azərbaycan).
Hakim-inspektor: Stefan Tivold (Sloveniya).
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan).

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bakıda İsveçlə heç-heçə (3:3) edib, səfərdə Xorvatiyaya məğlub olub - 2:9.


Xəbər xətti

4 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin