Prezident “Vətən” İdman Liseyində - FOTO
4 Fevral 2025
09:58 - 4 Fevral 2025
Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldu özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyini bildirib.
Manset.az xəbər verir ki, onun sözlərini La Sexta sitat gətirir.
“Mən futbol tarixinin ən yaxşı bombardiriyəm. Düşünürəm ki, mən tarixin ən yaxşı futbolçusuyam, məndən yaxşısını görməmişəm. Mən bunu ürəkdən deyirəm. Mən hələ də məşq etmək və matçlarda çıxmaq istəyi ilə oyanıram. Bəlkə də əvvəlkindən bir qədər az, amma bu mənim həvəsimdir, etdiyim işi sevirəm, çətindir, amma qabağa gedirəm” dedi.
Fevralın 5-də Ronaldunun 40 yaşı tamam olur. Fevralın 3-də “Əl Nəsr” Asiya Çempionlar Liqasının VII turunun ev oyununda BƏƏ-dən “Əl Vasl”a 4:0 hesabı ilə qalib gəlib və Ronaldu iki dəfə fərqlənib. İndi onun karyerasında 923 qolu var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin