Rusiya ilə sərhəddə postlar quraşdırılıb? - RƏSMİ
3 Fevral 2025
15:58 - 3 Fevral 2025
"Emily in Paris" serialının ulduzu Lili Kollinz və onun əri, rejissor Çarli Makdauell surroqat ananın köməyi ilə valideyn olublar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onlar sosial şəbəkədə paylaşdıqları birgə paylaşımda sevinclərini bölüşərək surroqat analarına, eləcə də onlara dəstək olan hər kəsə təşəkkür ediblər. Qızlarına Tove Ceyn adını veriblər.
Lili və Çarli öz minnətdarlıqlarını bildirdilər: “Gözəl surroqat anaya və bizə dəstək olan hər kəsə minnətdarlığımızı sözlərlə ifadə etmək mümkün deyil. Sizi çox sevirik”.
Çarli surroqat analıq ilə bağlı şərhlərə də cavab verib: “Surroqat analıq üzrə mütəxəssis olmamaq normaldır. Kiminsə surroqat anaya niyə ehtiyacı ola biləcəyini bilməmək olar. Nifrətin yayılmasına daha az vaxt, sevginin yayılmasına isə daha çox vaxt sərf etmək də yaxşıdır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin