Kanada ABŞ mallarına cavab rüsumları tətbiq etməyə başladı

13:22 - 3 Fevral 2025

Kanada ABŞ mallarına cavab rüsumları tətbiq etməyə başladı

Kanadanın bir neçə əyaləti ABŞ-da istehsal olunan spirtli içkilərin satışına qadağalar tətbiq etməyə başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Globe and Mail” qəzeti yazır.

Nəşr bildirir ki, Britaniya Kolumbiyası, Kvebek, Ontario, Yeni Şotlandiya, Manitoba, Labrador, Nyufaundlend və Şimal-Qərb Ərazilərinin hakimiyyət orqanları artıq məhdudiyyətlər elan ediblər.

Beləliklə, ABŞ-nin 35 ştatından 3,6 mindən çox məhsulun adı məhdudiyyətlər altına düşəcək.

Fevralın 3-də Kanada hökuməti fevralın 4-dən etibarən ərzaq, spirt və hərbi texnika da daxil olmaqla bir sıra ABŞ mallarına 25% artırılmış rüsumlar tətbiq edəcəyini açıqlayıb. Meksika Prezidenti Klaudiya Şeynbaum, ölkəsinin ABŞ-nin tariflərinə cavab olaraq "tarif və qeyri-tarif tədbirləri"ndən istifadə edəcəyini söyləyib.


Xəbər xətti

3 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin