Bu şəxslərə yaşayış sahələri veriləcək
3 Fevral 2025
13:07 - 3 Fevral 2025
Soçidə Fövqəladə Hallar Nazirliyi 20 metrlik yamacdan yıxılan məktəbəqədər uşağı xilas edib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Axtarış-Xilasetmə Dəstəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə fevralın 2-də baş verib. Altı yaşlı uşaq valideynləri ilə birlikdə gedərkən müvazinətini itirib və palçıqlı yamacdan aşağı yuvarlanıb.
“Xoşbəxtlikdən, balaca turist Aqura çayının daşlı yatağına deyil, quru sahəyə yıxılıb. Valideynlər uşağın yanına düşüb və təcili yardım çağırıblar”, - idarədən bildirilib.
Hadisə yerinə gələn həkimlər xilasediciləri çağırıb, onlar zərərçəkmişi təcili yardıma çatdırıblar.
İlkin məlumata görə, oğlana qapalı kəllə-beyin travması, qolun sınığı və daxili orqanlarının əzilməsi diaqnozu qoyulub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin