Mətin Mirzəyə yeni vəzifə verildi - FOTO

12:43 - 3 Fevral 2025

Mətin Mirzəyə yeni vəzifə verildi - FOTO

Uzun illərdir diplomatiya sahəsində çalışan Mətin Mirzə yeni vəzifəyə təyin olunub.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, o, bir müddət öncə Azərbaycanın İrandakı Səfirliyində müşavir vəzifəsində işə başlayıb.

Məlumatı Mətin Mirzənin özü də təsdiqləyib. O bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərdə də iştirak edib.

Xatırladaq ki, Mətin Mirzə mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğludur. O, 2000-ci illərin əvvələrində XİN-in mətbuat katibi olub, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb.



Xəbər xətti

3 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin