Baş nazir bu şəxslərin maaşını ARTIRDI
3 Fevral 2025
11:28 - 3 Fevral 2025
Xəbər verdiyimiz kimi, DTX və DİN ölkəmizdə radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin qarşısını almaq məqsədilə birgə kompleks tədbirlər həyata keçirib.
Manset.az xəbər verir ki, əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.
Əməliyyat nəticəsində 8 nəfər - Əlipaşa Kamilov, Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar gizlənən qanunsuz silahlı birləşmənin üzvləri Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev, həmçinin Nazim Zəkiyev, Kamran Kərimxanov və Rövşən Laçınov məhv ediliblər.
Terrorçuların məhv edilməsi ilə bağlı əməliyyat çəkilişini təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin