Bu ərazilərdə duman var

09:22 - 3 Fevral 2025

Bu ərazilərdə duman var

Fevralın 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az -a verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.


Xəbər xətti

3 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin