582 ilə qədər həbs oluna bilərdi - Həyatına son qoydu

17:35 - 2 Fevral 2025

582 ilə qədər həbs oluna bilərdi - Həyatına son qoydu

Türkiyənin Antalya şəhərində “Yenidoğulan dəstəsi” işi üzrə müttəhimlərdən biri olan həkim İlker Gönen cəzaçəkmə müəssisəsində intihar edərək həyatına son qoyub.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, cinayət qruplaşmasının rəhbərlərindən biri kimi tanınan Gönen saat 16:00 radələrində canına qəsd edib.

Qeyd edək ki, “Yenidoğulan dəstəsi” körpələri İstanbuldakı müqaviləli xəstəxanalara göndərərək qəsdən yanlış müalicə etdikləri və səhlənkar davranışları nəticəsində 10 körpənin ölümünə səbəb olduqları üçün saxlanılıb. Təşkilatın rəhbərləri həkim Fırat Sarı və İkler Gönen, 5 həkim, 3 tibb bacısı, 5 tibb işçisi və 1 mülki şəxs həbs edilib.

Əlavə edək ki, Gönen barəsində 177 il 6 aydan 582 il 9 aya qədər həbs cəzası istənilmişdi.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin