Tədris ilində nə qədər müəllim işə götürülüb?
2 Fevral 2025
16:30 - 2 Fevral 2025
Hərbi hissələrdə 2 Fevral - Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Manset.az-a bildirilib ki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri yad edilib.
Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb.
Sonra çıxışçılar Ümummilli Liderin təməlini qoyduğu və hazırda uğurla davam etdirilən dövlət gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərimizə verdiyi dəyərdən, Birinci vitse-prezident Mehriban xanımın göstərdiyi dəstəkdən danışıblar.
Daha sonra hərbçilər qarşısında hüquqi maarifləndirici mühazirələr oxunub, onların qayğı və problemləri ilə maraqlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin