Сын Собчак рассказал о ненависти к ней
В России мужчина насиловал ребенка в интернате, ей не верили

Hikmət Hacıyev Araqçı ilə nələri müzakirə etdi?

14:12 - 2 Fevral 2025

Hikmət Hacıyev Araqçı ilə nələri müzakirə etdi?

Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.

“Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr apardıq. Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu.

Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu”, – o qeyd edib.

Bakı və Tehran qarşılıq etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılaşıblar


Xəbər xətti

11 Mart 2025
Сын Собчак рассказал о ненависти к ней
В России мужчина насиловал ребенка в интернате, ей не верили
Это вообще не поздно: что сделал Шаляпин к 8 марта подруге 95 лет
Его застрелили в гараже в праздник: заказное убийство ?
Ученый сделал прогноз на грядущий год для всего мира: читать тут
СМИ: Киркоров шокировал всех своим поступком
Если вы не наденете это — вас лишат водительских прав
В Коркино на продажу выставлены дико дорогие дома: чьи они?
Полиция России по ДНК нашла мать, которую бросила дитя зимой
Почему часть аэропортов по России остановили в работе?

Ən son xəbərləri səhifəmizdən də izləyin