Prezidentin köməkçisi İranda növbəti mühüm görüşdə
2 Fevral 2025
13:20 - 2 Fevral 2025
İrəvan məhkəməsi Ermənistan paytaxtının mərkəzi meydanında əcnəbilərin "Qarabağ" haqqında mahnı oxuduğu videonu yayan alim Qərib Babayana həbs cəzası verməkdən imtina edib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Babayanın vəkili Abqar Poqosyan məlumat verib.
"Məhkəmə həbs qətimkan tədbiri ilə bağlı vəsatəti rədd edib, əvəzində inzibati nəzarət və ictimai çıxışların məhdudlaşdırılmasını seçib", - deyə vəkil bildirib.
Xatırladaq ki, yanvarın 30-da sosial şəbəkələrdə bir qrup şəxsin İrəvanın Respublika meydanında Azərbaycan dilində "Qarabağ" mahnısını ifa etdiyi video yayılıb. Videonun yayımlanması geniş rezonansa səbəb olub. Yanvarın 31-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq, Respublika meydanındakı şəxslərin dekabrın 30-dan yanvarın 3-dək Ermənistanda olan İran vətəndaşları olduğunu qeyd edib. Kadrları yayan Babayan isə saxlanılıb, İstintaq Komitəsi onun həbsi ilə bağlı vəsatət qaldırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin