Türkiyədə zəncirvari qəza: 1 nəfər öldü, 19 nəfər yaralandı

11:07 - 2 Fevral 2025

Türkiyədə zəncirvari qəza: 1 nəfər öldü, 19 nəfər yaralandı

Türkiyənin Qaziantep şəhərində avtobus, minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, 19 nəfər yaralanıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, sərnişin avtobusu, yük maşını və avtomobilin toqquşması nəticəsində 20 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Gaziantep'te zincirleme kaza: 1 ölü, 19 yaralı - Haber 7 GÜNCEL


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin