"Real Madrid" autsayderə uduzdu - La Liqa

09:22 - 2 Fevral 2025

İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, lider "Real Madrid" Barselonada "Espanyol"un qonağı olub.

Qarşılaşma gözlənilməz nəticə ilə yekunlaşıb. Görüş ərzində meydan sahiblərinin müqavimətini qıra bilməyən kral klubu oyunun son dəqiqələrində qapısında qol görüb - 1:0.

Bu məğlubiyyətdən sonra ilk pillədəki "Real"la yarış cədvəlinin ikincisi "Atletiko" arasındakı xal fərqi (50/48) azalıb. "Espanyol"a gəlincə, komanda 21 xalla 18-ci yerdə qərarlaşıb.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin