Bakı-Quba yolunda avtobus yük maşını ilə TOQQUŞDU - FOTO

21:09 - 1 Fevral 2025

Bakı-Quba yolunda avtobus yük maşını ilə TOQQUŞDU - FOTO

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.

Nəticədə sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Sərnişin avtobusuna da ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin