Bu gün Azərbaycanda Gənclər Günüdür
2 Fevral 2025
20:40 - 1 Fevral 2025
Suriyanın Hələb vilayətində yerləşən Mənbic şəhərində minalanmış avtomobilin partlaması nəticəsində azı 3 nəfər ölüb.
Manset.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Əl-İxbariyyə” telekanalı öz növbəsində bildirir ki, avtomobil şəhərin mərkəzindəki dairəvi yolun kənarında partlayıb.
Xatırladaq ki, ötən il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya Ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan “Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin