HƏMAS İsrailin daha 2 əsirini azad etdi

15:00 - 1 Fevral 2025

HƏMAS İsrailin daha 2 əsirini azad etdi

Qazada atəşkəs razılaşması çərçivəsində HƏMAS daha iki israilli əsiri azad edib.
 

Manset.az xəbər verir ki, onlardan biri 54 yaşlı Ofir Kaldəron, digəri isə 35 yaşlı Yarden Bibasdır.

Yarden Bibas, arvadı və iki uşağı – 4 yaşlı Ariyel və 10 aylıq Kfir ilə birlikdə Nir-Oz kibutsundan qaçırılmışdı.

Bundan əlavə, bu gün HƏMAS üçüncü əsiri azad etməlidir, bu hadisə yaxın saatlarda baş verəcək. Qarşılığında, İsrail 180 əsiri azad edəcək.


Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin