Türkiyənin yeni səfiri vəzifəsinin icrasına başladı

14:29 - 1 Fevral 2025

Türkiyənin yeni səfiri vəzifəsinin icrasına başladı

Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bu gündən etibarən fəaliyyətinə başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Birol Akgün ötən gün Azərbaycana gəlib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.

Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin