Qəbələdə AĞIR QƏZA - Ölən var

10:28 - 1 Fevral 2025

Qəbələdə AĞIR QƏZA - Ölən var

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

 

Manset.az xəbər verir ki, hadisə yanvarın 31-də saat 20 radələrində Tövlə kəndində baş verib.

“VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişin 67 yaşlı Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin – 49 yaşlı Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb. Həmçinin digər avtomobilin sürücüsü, 30 yaşlı Aqasif Qəribli və sərnişini – 23 yaşlı Elnur Cəbrayılov xəsarət alıblar.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin