Ukraynada ölüm doğumu üstələdi

17:09 - 31 Yanvar 2025

Ukraynada ölüm doğumu üstələdi

Ötən il Ukraynada ölüm göstəricisi doğum göstəricisini 2,8 dəfə üstələyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Respublika Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, 2024-cü ildə Ukraynada 495,09 min ölüm halı qeydə alınıb, 176,69 min isə uşaq doğulub.

2016-cı ildə ölkədə ölüm səviyyəsi doğum səviyyəsini 1,46 dəfə, 2019-cu ildə 1,87 dəfə, 2021-ci ildə 2,61 dəfə üstələmişdir.


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin