Suriya Rusiyadan Əsədin ekstradisiyasını tələb edir

21:49 - 29 Yanvar 2025

Suriya Rusiyadan Əsədin ekstradisiyasını tələb edir

Suriyanın yeni höküməti Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib.

 

Manset.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfəri zamanı Suriya lideri Əhməd əl-Şara ilə görüşüb.

Agentliyin məlumatına görə, danışıqlar zamanı Əhməd əl-Şaraa Rusiyadan keçmiş prezident Bəşər Əsədi yerli hakimiyyətə təhvil verməyi tələb edib.


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin