Xırdalan sakinləri üçün ŞAD XƏBƏR
30 Yanvar 2025
19:10 - 28 Yanvar 2025
Bakı şəhərində digər bir problemli sahə parklanma ilə bağlı idi, nizamsız parklanma kifayət qədər geniş yayılmışdı. Bu, kifayət qədər də ucuz idi. Ona görə bu, şəhərin mərkəzində bir qravitasiya yaratmışdı, sürücülər şəhərin mərkəzinə daxil olmağa can atırdılar.
Manset.az xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, parklanmada islahatlar həyata keçirildi, pullu parklanma sistemi təşkil edildi, tamamilə rəqəmsallaşdırıldı.
"İndi ödənişlər mobil tətbiq vasitəsilə tamamilə şəffaf qaydada həyata keçirilir. Şəhərdə artıq nizamlı parklanma yaranmışdır. Onu da qeyd etmək istəyirəm ki, indi hətta həftənin ən sıx günlərində belə şəhərin mərkəzində parklanma yeri tapmaq mümkündür. Çünki əvvəllər bir avtomobil parklanma yerini 10 saat məşğul edirdisə, indi 10 avtomobilin hərəsi bir saat istifadə etməklə daha çox maşın istifadə edə bilir", - AYNA sədri vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin