Bakıda toy zamanı şadlıq sarayında yanğın oldu - İnsanlar təxliyə edildi (FOTO+VİDEO)

19:15 - 21 Noyabr 2021

Bakıda toy zamanı şadlıq sarayında yanğın oldu - İnsanlar təxliyə edildi (FOTO+VİDEO)

Bakıda toy zamanı restoranda yanğın olub.

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Sarayevo 1B (Əhmədli metrostansiyasının yaxınlığı) ünvanında baş verib. Belə ki,  Bakı şadlıq sarayının havalandırma sistemində yanğın olub. Əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Həmin zaman adıçəkilən retoranda toyda iştirak edən şəxslər təxliyə olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin