Almaniyada 100 min nəfər ayağa qalxdı

08:15 - 26 Yanvar 2025

Almaniyada 100 min nəfər ayağa qalxdı

Almaniyanın bir sıra şəhərlərində radikal sağçılara qarşı etiraz mitinqləri keçirilib.

 

Manset.az xəbər verir ki, “Sağa qarşı” devizi altında keçirilən mitinqlərin ən izdihamlısı Almaniya paytaxtında təşkil olunub.

Brandenburq qapılarının ətrafında keçirilən mitinqə 100 minədək nümayişçi qatılıb. İştirakçılar sağ ekstremistlərə və Almaniya üçün Alternativ Partiyasına (AfD) sərt etirazlarını səsləndiriblər.

 

Köln şəhərində təşkil olunan demokratiya mitinqində 20 min nəfər iştirak edib. Halle (Saale) şəhərində isə on mindən çox iştirakçı AfD-nin seçki kampaniyası çərçivəsində burada təşkil etdiyi mitinqə etirazını bildirib. Bir neçə gün əvvəl əfqan miqrantın iki nəfəri qətlə yetirdiyi Aşaffenburq şəhərində təşkil olunan mitinqin iştirakçıları isə siyasətdə və cəmiyyətdə sağ təsirlərin güclənməsinə qarşı etiraz bəyanatları səsləndiriblər.


Xəbər xətti

27 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin