Prezidentdən onların əməkhaqları ilə bağlı FƏRMAN
27 Yanvar 2025
01:00 - 26 Yanvar 2025
İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul” evdə çempionatın autsayderi “İpsviç”i qəbul edib.
Manset.az xəbər verir ki, “Enfild”də baş tutmuş oyunu baş hakim Maykl Solsberi idarə edib.
Matçda hesab erkən açılıb: 11-ci dəqiqədə “qırmızılar”ın macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai dəqiq zərbə endirərək qapıçı Kristian Voltonu məyus edib. 35-ci dəqiqə misirli Məhəmməd Salah komandasının ikinci, özünün isə mövsümdə 19-cu qolunu qeydə aldırıb. Birinci hissəyə isə niderlandlı hücumçu Kodi Qakponun qolu ilə yekun vurulub – 3:0.
İkinci hissə də Arne Slotun yetirmələrinin hücumları ilə başlayıb. Bunun nəticəsidir ki, 66-cı dəqiqədə Kodi Qakpo dubla imza ataraq hesabdakı fərqi artırıb. “Traktorçular”ın isə gücü cəmi bir qola çatıb: 90-cı dəqiqədə Ceykob Qrivz başla topu qapıya göndərib – 4:1.
Turun digər qarşılaşmalarında isə “Arsenal” səfərdə “Vulverhempton”dan üstün olub – 0:1, “Sauthempton” – “Nyukasl” matçında “müqəddəslər”in növbəti məğlubiyyəti qeydə alınıb – 1:3, “Brayton” evdə “Everton”a yenilib – 0:1, “Bornmut” isə bu mövsüm fövqəluğurlu çıxışları ilə seçilən “Nottingem Forest”i darmadağın edib – 5:0.
Turun mərkəzi qarşılaşması Mançesterdə baş tutacaq: “Mançester Siti” “Çelsi”ni sınağa çəkəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin