Prezidentdən onların əməkhaqları ilə bağlı FƏRMAN
27 Yanvar 2025
19:40 - 25 Yanvar 2025
Son günlər məktəblərlə bağlı narazılıq artıb.
Tətillərin çox olması, uşaqların kiçik və böyük summativ qiymətləndirmələr (KSQ, BSQ) zamanı yüklənməsi, dərsləri mənimsəyə bilməməsi valideynlər tərəfindən narazılıqla qarşılanıb.
Eyni zamanda, bu “imtahanlar”da uşaqların “ChatGBT”dən istifadə edərək sualları cavablandırması da narazılıqla qarşılanır. İbtidai siniflərdə isə “Alqoritm” üzrə KSQ, BSQ-nin evdə həll edilməsi də qınanılır. Qeyd edilir ki, bu zaman uşaqların əvəzinə valideynlər tapşırıqları yerinə yetirir.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, təhsil mütəxəssisi Kamran Əsədov deyib ki, son dövrlərdə Azərbaycan təhsilində narazılıqların artması və problemlərin aktuallaşması bir neçə əsas məqamı üzə çıxarır:
“Bu, həm təhsil sisteminin strukturu, həm də tətbiq edilən qiymətləndirmə mexanizmləri və texnologiyaların problemli olduğunu təsdiq edir. Azərbaycanda həyata keçirilən qiymətləndirmə meyarlarının qanunvericilik, həm də dünya təcrübəsi prizmasından baxımından dərin qüsurları var.
KSQ və BSQ qiymətləndirmə mexanizmləri son illərdə məktəblərdə tətbiq olunan əsas yeniliklərdən biri olsa da, onların praktikası müəyyən mənfi təsirlər doğurur.
Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununun 18-ci maddəsinə əsasən, təhsilin keyfiyyətinin qiymətləndirilməsi həm müəllimlər, həm də məktəblər səviyyəsində həyata keçirilməlidir. Lakin bu qiymətləndirmə sistemləri bir çox hallarda şagirdlərə lazımi bilik və bacarıqları qazana bilmədən yüksək stress yaratmaqla məhdudlaşır. KSQ və BSQ-lərin məqsədi şagirdlərin əldə etdiyi biliklərin davamlı olaraq qiymətləndirilməsi olsa da, onların çox sayda olması uşaqlara yüklənmə yaradır, nəticədə psixoloji gərginlik artır. Bu isə təhsil keyfiyyətinə mənfi təsir edir, çünki şagirdlər dərsləri mənimsəmək yerinə yalnız qiymət almağa fokuslanır”.
Ekspert əlavə edib ki, bu qiymətləndirmə mexanizmlərinin mənfi tərəflərindən biri də valideynlərin prosesə müdaxiləsidir:
“Təcrübə göstərir ki, valideynlərin əksəriyyəti KSQ və BSQ-lərin cavablarını övladlarının yerinə etməyə çalışır. Belə hallar həm şagirdlərin məsuliyyətlilik bacarıqlarını, həm də özünəinamını zəiflədir. UNESCO-nun 2022-ci ildə yayımladığı hesabatda qeyd olunur ki, valideynlərin övladlarının yerinə tapşırıqları yerinə yetirməsi uzunmüddətli dövrdə onların akademik uğurlarına mənfi təsir göstərir. Təhsilin məqsədi yalnız qiymət toplamaq deyil, biliklərin tətbiqi və bacarıqların inkişafıdır. Lakin bu praktika uşaqların fərdi öyrənmə prosesini zəiflədir və təhsil məqsədlərinə ziddir.
Digər bir əsas problem texnologiyaların, xüsusilə süni intellekt və alqoritmik sistemlərin şagirdlər tərəfindən sui-istifadə edilməsidir. “ChatGPT” və digər süni intellekt vasitələri təhsil sistemində müsbət yeniliklərə səbəb olsa da, onların düzgün istifadə edilməməsi öyrənmə prosesini mənfi istiqamətə yönəldir. Şagirdlər bu texnologiyalardan istifadə edərək dərslərin həlli prosesində öz biliyinə güvənmək əvəzinə texnologiyaya arxalanır. Bu, onların tənqidi düşünmə, problemi həll etmə və öz fikirlərini formalaşdırmaq bacarıqlarını məhdudlaşdırır. Bununla yanaşı, bəzi dünya ölkələrinin təcrübəsi göstərir ki, süni intellektin təhsil prosesinə düzgün inteqrasiyası şagirdlərin öyrənmə səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər. Məsələn, Finlandiyada süni intellekt əsaslı platformalar şagirdlərə fərdi təlim proqramları təqdim edir, bu isə onların öyrənmə effektivliyini artırır”.
Kamran Əsədov qeyd edib ki, müasir təhsil sistemində başqa bir məsələ də tətillərin çox olması ilə bağlıdır:
“Elm və Təhsil Nazirliyinin təqvimində nəzərdə tutulan uzunmüddətli tətillər bəzi valideynlər və ekspertlər tərəfindən mənfi qarşılanır. Bunun səbəbi tətillər dövründə şagirdlərin öyrənmə tempinin azalması və təhsil prosesinin axıcılığının pozulmasıdır. Bununla belə, dünya təcrübəsinə baxdıqda, müəyyən dövrlərdə tətillərin artırılması ilə şagirdlərin psixoloji vəziyyətinin yaxşılaşdırılması mümkün olur. Məsələn, Yaponiyada məktəblərdə qısa və çoxsaylı tətillər tətbiq edilir ki, bu da uşaqların həm zehni, həm də fiziki yüklənməsini azaldır. Bu təcrübədən çıxarılan nəticə tətillərin müddətinin düzgün balanslaşdırılması və təhsil planının buna uyğun şəkildə tərtib edilməsinin əhəmiyyətini vurğulayır.
Azərbaycan təhsil sistemindəki problemlərin həllində müsbət təcrübələr də mövcuddur. Məsələn, bəzi məktəblər texnologiyadan düzgün istifadə üçün şagirdlərə təlimlər keçirir, onların süni intellekt vasitələrinin öyrənmə vasitəsi kimi istifadəsini təşviq edir. Bununla yanaşı, bəzi müəllimlər KSQ və BSQ-lərdə yaradıcı suallardan istifadə edərək şagirdlərin biliklərinin real tətbiqini təmin etməyə çalışırlar. Belə yanaşmalar şagirdlərin tənqidi düşünmə bacarıqlarını gücləndirir və onların daha yaxşı öyrənməsini təmin edir.
Bu məsələlərin həllində əsas prioritetlərdən biri təhsil sistemində islahatların davamlı olması və beynəlxalq təcrübələrin nəzərə alınmasıdır. Əgər təhsil sistemi texnologiya, qiymətləndirmə və tətil məsələlərində balansı düzgün qurarsa, həm şagirdlərin öyrənmə keyfiyyəti yüksələcək, həm də valideynlərin narazılığı azalacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin