Ukraynada bu yaş arası gənclərin orduya çağırılmasına hazırlıq gedir

14:20 - 25 Yanvar 2025

Ukraynada bu yaş arası gənclərin orduya çağırılmasına hazırlıq gedir

Yaxın günlərdə Ukrayna Prezidentinin Aparatı 18 yaşdan 25 yaşa qədər olan kişilərin hərbi xidmətə çağırılması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Milli Təhlükəsizlik və Müdafiə Departamentinin müşaviri Nikolay Şçur "TSN.ua"ya şərhində bildirib.

“Həm qanunvericilikdə, həm də prezident fərmanlarında bir sıra dəyişikliklər olacaq. Hazırda bəzi məsələlər razılaşdırılır", - deyə o bildirib.

Şçurun sözlərinə görə, konsepsiya Müdafiə Nazirliyi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və ictimai təşkilatların nümayəndələrindən yaradılmış işçi qrup tərəfindən hazırlanıb.


Xəbər xətti

27 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin