Dəmiri başına çırpıb qarət etdi - Bakıda kafeyə BASQIN

13:24 - 24 Yanvar 2025

Dəmiri başına çırpıb qarət etdi - Bakıda kafeyə BASQIN

Bakıda kafeyə basqın olub.


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, hadisə yanvarın 23-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində baş verib. Kafelərin birinə daxil olan naməlum şəxsin gözətçiyə dəmir parçası ilə xəsarət yetirərək onu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Xəbər xətti

25 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin