ABŞ-da məktəbdə atışma baş verdi - 2 nəfər öldü

16:22 - 23 Yanvar 2025

ABŞ-da məktəbdə atışma baş verdi - 2 nəfər öldü

Tennessi ştatının Neşvil şəhərindəki Antioch High School məktəbində baş verən atışmada iki nəfər həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə CBS News telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, yanvarın 22-də səhər yerli vaxtla saat 11:09 radələrində (Bakı vaxtı ilə təxminən 20:09) yeniyetmələrdən biri təhsil müəssisəsinin yeməkxanasında tapançadan atəş açıb. Cəmi iki dəqiqə sonra yerli hüquq-mühafizə orqanlarına fövqəladə vəziyyətlə bağlı məlumat  daxil olub.

Materialda iki şagirdin yaralandığı göstərilir. Gənc oğlan və qız tibb müəssisələrinə aparılsalar da, qızı xilas etmək mümkün olmayıb. Bundan əlavə, atəş açan şəxs özü də ölüb.

Ümumilikdə Antioch High School-da 2100-dən çox uşaq təhsil alır. Hadisədən sonra azyaşlılar təxliyyə edilib, onların valideynlərinə isə təhsil müəssisəsinə gəlməmək və narahatlıq yaratmamaq tövsiyə olunub.

“Polis atəş açan şəxsin motivlərini hələ müəyyən etməyib və yaralanan qız və gəncin hücumçunun hədəfi olub-olmadığı hələ aydın deyil. İstintaq davam edir”, - nəşr yazır.

Mətndə vurğulanır ki, bu məqamda mütəxəssislər atəş açan yeniyetmə ilə yaralı tələbələr arasında heç bir əlaqə yaratmayıb. Hüquq-mühafizə orqanları atəş açan şəxsin sosial şəbəkələrində “şübhəli paylaşımlar” aşkar etdiklərini də açıqlayıb.


Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin