Bunlar da artıq dövlət sirridir - Prezidentdən fərman
23 Yanvar 2025
10:51 - 23 Yanvar 2025
"Yeşilcam" filmlərinin ulduzu Banu Alkan yüksək təzyiq və şəkər xəstəliyindən xəstəxanaya yerləşdirilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun insult keçirməsi ilə bağlı şayiələr pərəstişkarlarını qorxutsa da, bununla bağlı açıqlama verilib.
Tanınmış sənətçi Onur Akay sosial şəbəkədəki açıqlamasında bunları qeyd edib:
“Banu Alkanın xəstəxanaya yerləşdirildiyi doğrudur. Sosial şəbəkələrdə insult ilə bağlı şayiələr yayılsa da, bu reallığa uyğun gəlmir. Banu ilə telefonla danışdım, Allaha şükür indi səhhəti yaxşıdır. Həkimlər onun təzyiqinə nəzarət etməkdə çətinlik çəkiblər. Eyni zamanda yüksək şəkər səviyyəsi də vəziyyəti daha da pisləşdirmişdi. Lakin lazımi müdaxilələr sayəsində o, böyük təhlükənin öhdəsindən gəlib. Hazırda onun müalicəsi davam edir və həkimlər ona təyyarəyə minməyi qadağan ediblər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin