Ukraynaya hərbi istehsalı genişləndirmək üçün 20 milyard dollar lazımdır

07:40 - 23 Yanvar 2025

Ukraynaya hərbi istehsalı genişləndirmək üçün 20 milyard dollar lazımdır

Ukraynaya hərbi istehsalını genişləndirmək üçün 20 milyard dollara qədər maliyyə lazımdır.

 

Manset.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye sahələri naziri Qerman Smetanin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Bir çox aspektdən maliyyədən daha çox imkanlarımız var. İstehsalı artırmaq üçün 15-20 milyard dollar tapmalıyıq”, - o deyib.

Nazir Ukraynanın silah, o cümlədən uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları istehsalını artırmaq niyyətində olduğunu vurğulayıb.

Smetanin onu da qeyd edib ki, xarici yardımdan çox asılı olan Ukrayna iqtisadiyyatı hərbi istehsal ehtiyaclarının yalnız yarısını maliyyələşdirə bilir.


Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin