Avropa Parlamenti Belarusda keçiriləcək prezident seçkilərini tanımamağa çağırdı

22:00 - 22 Yanvar 2025

Avropa Parlamenti Belarusda keçiriləcək prezident seçkilərini tanımamağa çağırdı

Avropa Parlamenti (AP) Belarus hakimiyyətinə qarşı yeni sanksiyalar və yanvarın 26-da keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması barədə Avropa İttifaqına (Aİ) çağırışı nəzərdə tutan qətnamə qəbul edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında bildirilib.

Parlament Aİ-ni, üzv dövlətləri və beynəlxalq ictimaiyyəti səsvermədən sonra Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımamağa çağırıb.

Belarus Xarici İşlər Nazirliyi yanvarın 22-də Aİ-nin seçkilərin tanınmaması ilə bağlı əvvəlcədən hazırlanmış bəyanatının olduğunu bildirib və bunu ölkənin daxili işlərinə kobud müdaxilə adlandırıb.


Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin