Bu yolda sürət həddi ENDİRİLDİ
23 Yanvar 2025
18:15 - 22 Yanvar 2025
ABŞ Dövlət Departamenti artıq kütləvi miqrasiyanı təşviq edən və ya asanlaşdıran heç bir fəaliyyətlə məşğul olmayacaq.
Manset.az xəbər verir ki, bu fikirlər ABŞ-nin yeni dövlət katibi Marko Rubionun "Tramp Administrasiyasının Dövlət Departamentinin prioritetləri və missiyası" başlıqlı bəyanatında yer alıb.
"Kütləvi miqrasiyanı azaltmalı və sərhədlərimizin təhlükəsizliyini təmin etməliyik. Digər ölkələrlə, xüsusilə, Qərb yarımkürəsi ilə diplomatik əlaqələrimiz ABŞ-nin sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, sabitliyi pozan miqrasiyanın qarşısının alınması və qanunsuz miqrantların vətənlərinə qaytarılması istiqamətində danışıqların gücləndirilməsini də əhatə edəcək", - bəyanatda qeyd olunub.
M.Rubio ABŞ-nin iqlim siyasətinə də toxunub:
"Biz güclü tərəflərimizdən istifadə etməli və ABŞ-ni zəiflədən iqlim siyasətindən imtina etməliyik. Təbiətimizə qarşı təhdidləri nəzərdən qaçırmayacağıq və məntiqli ekoloji mühafizəni dəstəkləyəcəyik.
Dövlət Departamenti Prezident Donald Trampın ABŞ-nin enerji üstünlüyünü bərpa etmək vədini yerinə yetirməsinə diplomatiya vasitəsilə kömək edəcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin