Qonşusuyla dalaşdı, qisası uşağından aldı - FOTO

11:32 - 22 Yanvar 2025

Qonşusuyla dalaşdı, qisası uşağından aldı - FOTO

Rusiyanın İrkutsk vilayətində qadın uşaq velosipedini yandırmaqda şübhəli bilinir.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, yanğın baş verən gün 42 yaşlı qadınla iki yaşlı uşağın anası arasında münaqişə yaranıb. Vəziyyətdən narazı qalan yerli sakin yaşayış binasının girişində dayanmış uşaq velosipedini yandırmaq qərarına gəlib.

Digər sakin yanğını görüb və velosipedə qar atıb. Yanğın zamanı xəsarət alan olmayıb. Başqasının əmlakına ziyan vurmaqda şübhəli bilinən şəxs saxlanılıb.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin