Prezidentdən Davos səfəri ilə əlaqədar PAYLAŞIM
22 Yanvar 2025
22:11 - 21 Yanvar 2025
Mərkəzi Klinikada müalicəsi davam edən Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti yenidən pisləşib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri Vüqar Əbdülkərimov deyib.
“İlyas müəllimin səhhətində geriləmə olduğu üçün palatadan yenidən reanimasiya şöbəsinə qaytarılıb. Vəziyyəti ağırdır”, - deyə şöbə müdiri qeyd edib.
Sabiq Ədliyyə nazirinin yaxınları isə İlyas İsmayılovun komaya düşdüyünü deyirlər.
Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub. General-leytenantdır.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin