Türkiyədəki yanğında "Fənərbağça"nın idmançısı həlak oldu - FOTO

17:36 - 21 Yanvar 2025

Türkiyədəki yanğında

Bolu vilayətində yerləşən "Kartalkaya" xizək kurortundakı oteldə baş verən yanğında "Fənərbağça"nın 11 yaşlı üzgüçüsü Vedia Nil Apak və anası həlak olub.

 

Manset.az xəbər verir ki, "Fənərbağça" bununla bağlı açıqlama yayıb.

"Bolu vilayətində yerləşən "Kartalkaya" xizək mərkəzindəki oteldə baş verən yanğında həyatını itirdiyimiz bütün həlak olanların ailələrinə başsağlığı verir, yaralılarımıza şəfa diləyirik.

2014-cü il təvəllüdlü idmançımız Vedia Nil Apak və anası Ferda Apakın yanğında həlak olduğunu dərin təəssüf hissi ilə öyrəndik.

İdmançımız Vedia Nil Apak və anası Ferda Apakın ruhu şad olsun; Onun atası, konqresin hörmətli üzvü Mehmet Apaka, bütün ailəsinə, sevənlərinə və ictimaiyyətimizə başsağlığı veririk”.

Fenerbahçe acı haberi duyurdu! Bolu'daki yangında Vedia Nil Apak hayatını  kaybetti


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin