Bələdiyyə seçkilərində 16 min 96 namizəd mübarizə aparacaq

17:25 - 21 Yanvar 2025

Bələdiyyə seçkilərində 16 min 96 namizəd mübarizə aparacaq

Bələdiyyə seçkilərində 16 min 96 nəfər namizəd mübarizə aparacaq.

 

Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

O qeyd edib ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 625 nəfər seçici var.

MSK sədri onu da əlavə edib ki, bələdiyyə seçkilərinin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-dadır. Ölkədə ümumilikdə 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə üzv seçiləcək.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin